Durbinləri hazırlayın: Yanvarda Yerə parlaq kometa yaxınlaşacaq

      Durbinləri hazırlayın:    Yanvarda Yerə parlaq kometa yaxınlaşacaq
  09 Yanvar 2023    Oxunub:1645
Astronomlar ötən il kəşf edilən C/2022 E3 (ZTF) kometinin yaxın bir neçə həftə ərzində Yer və Günəş yaxınlığından keçərkən gözlə görünə biləcəyini proqnozlaşdırırlar. Bu barədə Phys.org-un məlumatında deyilir.
Onun orbital dövrü 50 min ildir və ən uzaq nöqtəsi (afelion) Günəşdən 2800 astronomik vahid məsafədə yerləşir. Yanvarın 12-də Günəşə yaxınlaşacağı, fevralın 1-də isə Yerdən keçəcəyi gözlənilir. Kometin diametrinin bir kilometr olduğu təxmin edilir və C/2022 E3 (ZTF) 2020-ci ilin martında görünən C/2020 F3 (NEOWISE) kometindən əhəmiyyətli dərəcədə kiçikdir. Və 1997-ci ildə müşahidə olunan Heyla-Ball kometasından sonra Şimal yarımkürəsində ən parlaq kometdir.

NEOWISE-in nüvəsinin diametri beş kilometr, Heyla-Ball kometinin diametri isə təxminən 60 kilometr idi. Obyektin gözləniləndən iki dəfə daha parlaq olması şansı var.

Kometi yaxşı durbinlə və adi gözlə, şəhər işıqlarından uzaqda görmək olar. Ən böyük parlaqlığına Yerə ən yaxın nöqtədə, fevralın əvvəlində çatacaq, lakin bu zaman tam ay gələcək.

Astronomların fikrincə, Şimal yarımkürəsində ən yaxşı şərait yanvarın sonunda, C/2022 E3 (ZTF) Böyük Ayı və Kiçik ayı bürcləri arasından keçdiyi vaxt gələcək. Yanvarın 21-22-də yeni ay olacaq və bu, həvəskar astronomlara kometi görmək üçün yaxşı şans verəcək. Digər əlverişli vaxt isə kometin Marsa yaxınlaşacağı 10 fevraldır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti