Çində bayram tətilində 2 milyarddan çox səfər gözlənilir

   Çində bayram tətilində 2 milyarddan çox səfər gözlənilir
  06 Yanvar 2023    Oxunub:1194
Şərq ölkələrinin ay təqvimi ilə Yeni ilin başlaması Çində böyük təmtəraqla qeyd olunur.
AzVision.az xəbər verir ki, bu il miladi təqvimlə yanvarın 22-nə təsadüf edən Ay yeni ili (Çunyun) Çində həm də Yaz festivalı adlanır. Rəmzi olaraq ailə vəhdəti bayramı hesab olunan tətildə əhalinin böyük hissəsi ölkə daxilində və xaricə səyahətə gedirlər.

Yaz festivalının başlamasından 15 gün əvvəl ölkədə səyahət dövrü başlayır. Çin Milli İnkişaf və İslahat Komissiyasının proqnozlarına əsasən, builki bayram günlərində ümumilikdə 2,09 milyard səyahət gözlənilir.

Bu il Çində “Çunyun” rəsmi olaraq yanvarın 7-də başlayacaq və fevralın 15-də başa çatacaq.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Çin   Səfər  





Xəbər lenti