Ağac sürücünün üstünə aşdı

Ağac sürücünün üstünə aşdı
  10 Aprel 2013    Oxunub:1151
Fövqəladə Hallar Nazirliyi Bakı-qazax yolunda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 400-cü kilometrliyində Şəmkir rayonu ərazisində baş verib.

1962-ci il təvəllüdlü Mehdiyev Lətif Musa oğluna məxsus "VAZ" markalı minik avtomobili hərəkətdə olarkən yol kənarındakı ağac onun üzərinə aşıb.

Nəticədə avtomobil idarəetməni itirərək yolun kənarına yuvarlanıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində baxış zamanı məlum olub ki, avtomobilin sürücüsü ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər deformasiya uğramış avtomobildən sürücünün meyitini təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil verib.




Teqlər:





Xəbər lenti