“Twitter” işçiləri ofislərə tualet kağızı aparır

“Twitter” işçiləri ofislərə tualet kağızı aparır
  01 Yanvar 2023    Oxunub:1210
Amerikalı milyarder, “Twitter”in baş direktoru İlon Mask şirkət üçün təhlükəsizlik və təmizlik xərclərini azaltmağa, o cümlədən bu bölmələrin bəzi işçilərini ixtisara salmağa başlayıb.
“The New York Times” qəzetinin yazdığına görə, ofisdəki işçilər evdən tualet kağızı gətirməyə başlayıblar. Qeyd olunub ki, şirkətin San-Fransiskodakı baş qərargahında Mask bütün işçiləri iki mərtəbəyə toplayıb. Bundan başqa milyarder maaşlarını artırmağa çalışan xadimələri işdən çıxarıb.

Qəzetin yazdığına görə, Nyu-Yorkda təkcə bütün təmizlik işçiləri deyil, həm də şirkətin 10 mühafizəçisi vəzifəsini itirib. Bundan başqa, indi podratçılarla bağlanan müqavilələr onlara ödənilən məbləğlərin azaldılması imkanları baxımından diqqətlə təhlil edilir və ödənişlərin özləri mütəmadi olaraq gecikdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti