Parfümeriya idxalına qadağa

Parfümeriya idxalına qadağa
  10 Aprel 2013    Oxunub:1471
Azərbaycanda parfümeriya və kosmetik vasitələrin keyfiyyətinə nəzarət tədbirləri gücləndirilib
AzVision.az-a bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat veriblər. Bildiriblər ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti respublikaya idxal olunan və satılan parfümeriya və kosmetik vasitələrin (ənlik, kirşan, göz kölgəsi və s.) keyfiyyətinə nəzarət tədbirlərini gücləndirilib.

Xidmət tərəfindən cari ilin ilk 3 ayı ərzində adıçəkilən məhsulların idxalı və satışı ilə məşğul olan 7 təsərrüfat subyektində dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir. Nəzarət tədbirləri zamanı kompakt şəkilli dekorativ kosmetik vasitələr, dırnaq boyaları, dəri üçün kremlər, ətirlərin keyfiyyətinin Azərbaycan Respublikasında qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğu araşdırılıb.

Araşdırmalar nəticəsində 6 təsərrüfat subyektində nöqsanlar aşkar olunub, həmin müəssisələrə parfümeriya və kosmetik vasitələrin idxalı qadağan edilib.

Bu cür faktları nəzərə alaraq istehlakçılardan parfümeriya və kosmetik vasitələr alarkən diqqətli olmağı, aldıqları məhsulun uyğunluq sertifikatını satıcıdan tələb etməyi, keyfiyyətsiz malların satışı ilə rastlaşdıqda isə Komitənin 963 nömrəli “qaynar xətt”inə zəng etməklə məlumat vermələri xahiş olunur.


Teqlər:  





Xəbər lenti