Noutbuk yandığı üçün təyyarə təcili eniş etdi

Noutbuk yandığı üçün təyyarə təcili eniş etdi
  27 Dekabr 2022    Oxunub:1724
ABŞ-da təyyarə yanğın təhlükəsi ilə bağlı təcili eniş edib. Təyyarənin göyərtəsində olan noutbuk alovlandığı üçün pilotlar Çikaqoda məcburi marşrutu dəyişiblər.
AzVision.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Qeyd edilir ki, reysi Lufthansa həyata keçirirmiş və təyyarə Los-Ancelesdən Frankfurta uçmalıymış.

"Məcburi eniş qərarı sərnişinin həddindən artıq qızan noutbuku salonda qəfil alışdıqdan sonra ehtiyat tədbiri olaraq ekipaj tərəfindən verilib. Eniş zamanı yanğın artıq söndürülmüşdü", - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Təyyarə  





Xəbər lenti