Emin “World Music Awards”da çıxış edəcək - VİDEO

Emin “World Music Awards”da çıxış edəcək - VİDEO
  14 May 2014    Oxunub:1011
Azərbaycanlı müğənni Emin may ayının 27-də Monte-Karloda keçiriləcək nüfuzlu “World Music Awards” musiqi mükafatının təqdim etmə mərasimində çıxış edəcək.
AzVision.az xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.

Qeyd edək ki, “World Music Awards – 2014” musiqi mükafatında “Ən yaxşı ifaçı”, “Ən yaxşı canlı ifa” və “Ən yaxşı artist” nominasiyaları üzrə müğənninin namizədliyi irəli sürülüb.

Bütün dünyada canlı yayımlanacaq şouda Riki Martin Meray Keri kimi super ulduzlar çıxış edəcək.

Bu arada İnternetdə Svetlana Loboda və Emin birgə mahnısı olan “Səmaya baxırsan” (Смотришь в небо) klipinin tizeri yayılıb.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti