Bakıda neft quyusu yanır - YENİLƏNİB

Bakıda neft quyusu yanır - YENİLƏNİB
  14 May 2014    Oxunub:1125
Bakıda neft quyusunda yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən apa-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən neft quyusunda baş verən yanğının söndürülməsinə 8 yanğınsöndürən maşın cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

***

Xidmətdən bildiriblər ki, hadisə yerinə cəlb olunan yanğın söndürən maşınlar yanğının ətraf ərazilərə yayılmasının qarşısını alıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti