Ürək və damarlarında problem olanlara təyyarədə uçmaq təhlükəlidir

Ürək və damarlarında problem olanlara təyyarədə uçmaq təhlükəlidir
  15 Dekabr 2022    Oxunub:1090
Ürək xəstəlikləri, tromboz, varikozdan əziyyət çəkənlər üçün təyyarə ilə səyahət təhlükəli ola bilər.
Bu barədə Rusiya Səhiyyə nazirliyinin nümayəndəsi, həkim Roman Qorenkov aviauçuşların orqanizm üçün stress olduğunu bildirib.
“İnsan müddət oturaq vəziyyətdə, yüksək atmosfer təzyiqində qalır. Xroniki ürək-damar problemləri olanlar üçün bu potensial təhlükə ola bilər.

Ürək damarları tutulması, yüksək təzyiq, varikozu, trombozu olanlarda uçuşdan əvvəl və sonra ümumi vəziyyət nəzarət altında olmalıdır.

“Bir neçə saat ayaqların qatlanmış vəziyyətdə qoyulması tromb əmələ gəlməsinə səbəb ola bilər.

Varikoz və qan qatılığı olan xəstələr uçuşdan əvvəl tromba qarşı antikoaqulyant qəbul etməlidir.

Yaşlı kişilərdə prostat adenoması varsa, onlar üçün də təyyarə risklidir.

Təyyarədə uzun müddət oturmaq qan dovranını pozur və prostat problemi artır. Bu kişilər uçuşdan əvvəl və təyyarədə maye qəbul etməməlidir.

Eşitmə, tənəffüs və ürək-damar problemi olanlar üçün uçuş hər zaman risklidir. Onlar hər uçuşdan sonra mütləq yoxlanmalıdır”.(Bakupost)


Teqlər:





Xəbər lenti