Baş geoloq: “Qızılbulaq” yatağının əksər hissəsi istismar olunub”

      Baş geoloq:    “Qızılbulaq” yatağının əksər hissəsi istismar olunub”
  14 Dekabr 2022    Oxunub:874
"Kəlbəcər rayonunun ərazisində olan “Qızılbulaq” yatağının sahəsi iki kvadratkilometrə qədər ərazini əhatə edib. Ermənilər tərəfindən yataqların istismar işlərinə müxtəlif şirkətlər cəlb olunub. Həmin şirkətlər 2010-2012-ci illərdən başlayaraq fəaliyyət göstərib. Xüsusilə “Qızılbulaq” yatağında istismara daha tez başlanılıb. Həmin yatağın əksər hissəsinin istismar olunduğu ehtimal edilir. Əraziyə baxış keçirilməsi və monitorinq aparılması nəticəsində dəymiş zərər müəyyənləşdirilə bilər".
Bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin şöbə müdiri, baş geoloq Şahin Ataşov deyib. Onun sözlərinə görə, bununla yanaşı, Tərtər rayonu ərazisindəki “Dəmirli” mis-molibden yatağı və onun ətrafında yerləşən “Gülyataq” və “Canyataq” təzahürlərinin ərazilərində də istismar işlərinə başlanılıb.

"Həmin ərazilərdə də geniş sahədə mis-molibden filizlərinin qeyri-qanuni istismarının aparıldığı müşahidə olunub. Həmin ərazilərin ekoloji tarazlığının pozulması, ətraf mühitə dəyən zərərin, həmçinin yataqların istismarı zamanı onlara vurulmuş ziyanın müəyyənləşdirilməsi üçün monitorinq keçirilməsi tələb olunur. Monitorinq nəticəsində həm yataqlara, həm də ətraf mühitə - çaylara, meşə, torpaq və bitki örtüklərinə dəymiş zərərlərin müəyyənləşdirilməsi nəzərdə tutulub”.

Ş.Ataşov bildirib ki, yataqların istismarı kosmik görüntülərə əsasən aparılan monitorinqlər nəticəsində müəyyənləşdirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti