700 bal toplayan olmadı - TQDK AÇIQLADI

700 bal toplayan olmadı - TQDK AÇIQLADI
  13 May 2014    Oxunub:844
TQDK mayın 11-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.
İmtahan nəticələrinə görə, ötənilki məzunlar arasında 700 bal toplayaraq maksimum nəticə göstərən olmayıb.

Bu barədə AzVision.az-a TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, III ixtisas qrupu üzrə maksimal bal 663, II ixtisas qrupu üzrə isə ən yüksək nəticə 625 bal olub.

TQDK rəsmisi bildirib ki, imtahan nəticələri ilə bağlı ətraflı məlumat komissiyanın rəsmi intenet səhifəsində yerləşdiriləcək.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti