`Milli Şura `Əli Kərimli Şurası`na çevrilib`

`Milli Şura `Əli Kərimli Şurası`na çevrilib`
  13 May 2014    Oxunub:885
Milli Şurada baş verən son istefalar və KXCP sədrinin oradan çıxması yenidən bu qurumu diqqət mərkəzinə gətirib. Hazırda yalnız AXCP və Cəmil Həsənlidən ibarət olan Milli Şurada baş verən son proseslər qurumu bundan sonra hara aparacaq?
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı bu fikirdədir ki, Azərbaycan ictimaiyyəti Ukraynada baş verən hadisələrdən nəticə çıxarmağa başlayıb. Yəni, başa düşüb ki, Qərb “demokratik ənənələrinə, insan hüquq və azadlıqlarına deyil”, özünün iqtisadi maraqlarına xidmət edir.

- 2013-cü ildə Rusiyanın layihəsi olan və birbaşa Rüstəm İbrahimbəyov üçün yaradılan “Milli Şura” çoxdan dağılıb. Rusiya prezidenti Vladimir Putin Bakı səfərindən qayıdandan sonra bu qurum dağıldı. İsa Qəmbər, Rəsul Quliyev, Lalə Şövkət, Əli Kərimli və digərlərini Rüstəm İbrahimbəyovla Eldar Namazov aldadıb bu quruma gətirmişdilər ki, Rusiya tezliklə Azərbaycanda inqilab edəcək və bu adamlar da vəzifə sahibi olacaqlar. Məhs buna inanıb bir araya gəlmişdilər. Sonradan gördülər ki, yox, sadəcə, bu adamlardan Azərbaycan iqtidarına qarşı təzyiq edilməsi üçün növbəti dəfə səmərəli istifadə etdilər. Ondan sonra hamısı istefa verib, qurumu tərk etdi. İndi yalnız adını özündə yaşadan “Milli Şura” Əli Kərimli Şurasıdır,- deyə o, bildirib.

Bu il keçiriləcək bələdiyyə seçkilərindən danışan Orduxanlı deyib ki, BAXCP hazırlığa bir neçə ay bundan əvvəl start verib: “Partiyanın 56 rayon şöbəsində bununla bağlı işlər görür, BAXCP-nin təşkilat üzrə katibliyi müvafiq işlər həyata keçirir. Yaxın zamanlarda BAXCP-nin Ali Məclisinin iclası nəzərdə tutulub. Bu iclas həm ənənəvi iclas olmaqla yanaşı, həm də bələdiyyə seçkilərində iştirakımızın imkanlarını səfərbər etməkdir. Çalışacağıq ki, əksər dairələrdən BAXCP-nin namizədi seçkidə iştirak etsin. Son bələdiyyə seçkilərində BAXCP üçüncü yeri tutub. Bu səfər çalışacağıq ki, bundan da böyük naliyyət əldə edək”.

Özü 21 yaşından bələdiyyəyə seçildiyini deyən partiya yetkilisi hər 3 bələdiyyə seçkisində qalib gəldiyini bildirir: “Hətta bələdiyyə sədrinin müavini vəzifəsinə qədər irəliləmişəm. Sədr müavini də seçki yolu ilə həyata keçirilir. Əgər bu dəfə də partiyanın sədri Qüdrət Həsənquliyev növbəti, dördünçü dəfə bələdiyyə seçkilərində iştirakımı məqsədə uyğun hesab etsə, yenə də namizəd olacağam. Hazırda 37 yaşın içindəyəm və 15 illik bələdiyyə təcrübəm var”.

AzVision.az


Teqlər:  





Xəbər lenti