“Ərizəmi yazıb işdən çıxdım” - Merin sözçüsü

“Ərizəmi yazıb işdən çıxdım” - Merin sözçüsü
  13 May 2014    Oxunub:909
“Artıq ayın 12-dən təqaüdə çıxmışam. 70 yaşım tamam oldu, təqaüd yaşımla bağlı işdən ayrıldım. İşdən ayrılmağıma başqa səbəb yoxdur”.
Bunu AzVision.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin keçmiş rəhbəri Nuranə Mərdanova deyib.

Onun səhaliyyətlərini Nailə Məmmədov icra edəcək.

“Hələ ki, mənim işimi Nailə xanım görəcək. O, 20 ildir ki, Bakı Şəhər İcra Hakimiyyətində çalışır. Amma mənim əvəzimə başqa kiminsə gələcəyi barədə xəbərim yoxdur”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti