Qrenlandiyada 2 milyon illik DNT nümunəsi tapılıb

Qrenlandiyada 2 milyon illik DNT nümunəsi tapılıb
  11 Dekabr 2022    Oxunub:1394
Tədqiqatçılar Atlantik və Şimal Buzlu okeanları arasında yerləşən və arktik səhra olan Qrenlandiyada tapdıqları DNT nümunələrinə əsasən, 2 milyon il əvvəl ərazidə ağac, bitki və heyvanların olduğunu bildiriblər.
Bu barədə “Nature” jurnalında dərc olunan araşdırmada məlumat verilib. Alimlər soyuq havanın DNT fraqmentlərinin qorunmasına kömək etdiyini və tapıntıların iqlim dəyişikliyi baş verməzdən on minlərlə il əvvəl formalaşıb donmuş ola biləcəyini vurğulayıblar.

Kembric Universitetindən olan genetik Eske Willerslev DNT-ni fərqli növlərlə müqayisə etdiklərini və uyğunluq tapmağa çalışdıqlarını bildirib. DNT-də mastodon (Mamont cinsinə aid nəsli kəsilmiş xortumlular), qaz, dovşan, Şimal maralı və lemminq (dağ siçanı fəsiləsinə aid gəmirici) kimi heyvanların izlərinin də olduğunu söyləyən Willerslev, əksər mastodon qalıqlarının daha əvvəl Şimali Amerikadakı meşələrdə görüldüyünü qeyd edib.

Willerslev bu bitki və heyvanların iqlim dəyişikliyi prosesindən sağ çıxdığını və bunun mövcud qlobal istiləşməyə uyğunlaşmaq üçün genetik yol xəritəsi ola biləcəyini deyib. Mütəxəssislər bu cür DNT araşdırmalarının qədim yaşayış yerlərində “gizli müxtəlifliyi” göstərmək baxımından dəyərli olduğunu söyləyirlər.

AzVision.az



Teqlər:





Xəbər lenti