Bakı-Quba yolunda hərəkəti bərpa olundu - YENİLƏNİB - 2

 Bakı-Quba yolunda hərəkəti bərpa olundu -  YENİLƏNİB - 2
  04 Dekabr 2022    Oxunub:1326
Bakı-Quba yolunda nəqliyyatın hərəkəti tam bərpa olunub.
Bu barədə AzVision.az -a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

***

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Quba yolunda tıxacla bağlı açıqlama yayıb.

İdarədən AzVision.az -a daxil olan açıqlamada deyilir k, həftəsonu dağlıq ərazilərə qar yağması ilə bağlı olaraq paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqamətlərinə səfərlər edib və bu gün axşam saatlarında Bakıya qayıtmaları səbəbindən adı çəkilən yollarda müəyyən sıxlıq müşahidə edilib.

Hazırda BDYPİ tərəfindən əlavə qüvvələr də qeyd olunan ərazilərə cəlb edilib. Qısa müddətdə hərəkət tam bərpa ediləcək.

"Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur. Başqa hər hansı bir hadisə baş verməyib", - açıqlamada bildirilir.

***

Bakı-Quba yolunda uzun tıxac yaranıb.

AzVision.az xəbər verir ki, bu barədə sosial mediada görüntülər yayılıb. Bildirilir ki, tıxac bir neçə saatdır davam edir. Nəticədə yolun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Şabran rayonu ərazisinə qədər tıxac yaranıb.

AzVision.az



Teqlər:





Xəbər lenti