Rusiyada Azərbaycan və İrandan gətirilmiş 245 tondan çox yararsız məhsul aşkarlanıb

Rusiyada Azərbaycan və İrandan gətirilmiş 245 tondan çox yararsız məhsul aşkarlanıb
  29 Noyabr 2022    Oxunub:893
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) noyabr ayında Azərbaycan və İrandan gətirilmiş 245 tondan çox xəstəliyə yoluxmuş bitkiçilik məhsulu aşkarlayıb.
AzVision.az “Rosselxoznadzor”a istinadən xəbər verir ki, məhsullar arasında 4 partiya təzə pomidor, 1 partiya alma, 6 partiya kahı, 5 partiya istiot və 1 partiya qurudulmuş çəmən gülü olub.

Bitkiçilik məhsullarının 17 mal partiyasında fitosanitar nəzarəti zamanı “Rosselxoznadzor” müfəttişləri karantin zərərverici obyektləri - Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta Povolny), Qərbi (Kaliforniya) çiçək tripsi (Frankliniella occidentalis Pergth), Şərq güvəsi (Grapholitha molesta) və qızılsarmaşıq (Cuscuta spp) aşkar ediblər.

Noyabrda “Rosselxoznadzor”un Qafqaz Regionlararası İdarəsi Azərbaycan və İrandan Rusiyaya 51 min tona yaxın təzə tərəvəz və meyvə idxalına nəzarət edib. Yoxlanılan yüklər arasında təzə pomidor, bibər, kahı, soğan, badımcan, alma, nar, xurma, kivi və s. var.

Bitkiçilik məhsulları Dağıstan Respublikasının Məhərrəmkənd rayonu ərazisindəki “Viaduk” müvəqqəti saxlama anbarında aşkar edilib. Hər bir partiyadan nümunələr götürülüb, tədqiqat üçün Ümumrusiya Bitki Karantini Mərkəzinin Dağıstan şöbəsinə göndərilib və meyvə-tərəvəzlərdə karantin zərərli obyektlərin aşkar edilməsi faktları təsdiqlənib.

AzVision.az



Teqlər:





Xəbər lenti