“Çırpınırdın Qara dəniz”ə şərik çıxmaq nadanlıqdır”

“Çırpınırdın Qara dəniz”ə şərik çıxmaq nadanlıqdır”
  12 May 2014    Oxunub:1125
““Çırpınırdın Qara dəniz” mahnısı ilə bağlı Azərbaycanın İstanbuldakı konsulluğuna arayış təqdim olunub”.
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev deyib.

Nazir müavini qeyd edib ki, sözügedən məsələ ilə bağlı problem qısa zamanda həllini tapacaq: “Ermənilər Azərbaycan musiqisinə qarşı vaxtaşırı bu cür əsassız iddialar qaldırırlar. "Çırpınırdı qara dəniz" mahnısı ilə bağlı Azərbaycanın İstanbuldakı konsulluğuna arayış təqdim olunub. Düşünürəm ki, bu məsələ qısa zamanda öz həllini tapacaq. Bu mahnının bizə məxsus olması o qədər aşkar məsələdir ki, “Çırpınırdın Qara dəniz”ə şərik və sahib çıxmaq nadanlıqdır”.

Qeyd edək ki, bir neçə gün əvvəl Müəllif Hüquqları Agentliyi də Türkiyənin “Sabah” qəzetində musiqisi Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyova, sözləri Əhməd Cavada məxsus “Çırpınırdın Qara dəniz” mahnısının guya erməni şairi Sayat Novaya aid olması barədə verilmiş məlumatla əlaqədar bəyanat yaymışdı.


Teqlər:  





Xəbər lenti