Dövlət xətti ilə verilən ipotekalar 17 faiz artıb

Dövlət xətti ilə verilən ipotekalar 17 faiz artıb
  29 Noyabr 2022    Oxunub:609
Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 354,9 milyon manat kredit verilib.
AzVision.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 1 % azalaraq 320,3 milyon manata düşüb.

Ötən 10 ayda İKZF istiqraz buraxmaqla 275 milyon manat vəsait cəlb edib ki, bu da 1 il əvvələ nisbətən 37,5 % çoxdur. İl ərzində Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 33,9 % artaraq 95,2 milyon manata çatıb.

AzVision.az



Teqlər:





Xəbər lenti