Qanunvericiliyə əhalinin ərzaq təhlükəsizliyi anlayışı əlavə edilir

   Qanunvericiliyə əhalinin ərzaq təhlükəsizliyi anlayışı əlavə edilir
  28 Noyabr 2022    Oxunub:338
Azərbaycan qanunvericiliyinə əhalinin ərzaq təhlükəsizliyi anlayışı əlavə olunur.
AzVision.az -ın xəbərinə görə, bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilir. Belə ki, qanunun Əsas anlayışlar maddəsinə yeni əhalinin ərzaq təhlükəsizliyi bəndi əlavə olunur.

Əhalinin ərzaq təhlükəsizliyi - ölkə əhalisinin sağlamlığı və fəaliyyəti üçün vacib olan qida məhsullarına tələbatının təmin edilməsi məqsədi ilə dövlətin həyata keçirdiyi iqtisadi, hüquqi və təşkilati tədbirlər sistemidir.

AzVision.az

Teqlər:







Xəbər lenti