Vanqanın kəhanəti: 48 min illik virus yenidən oyanır

      Vanqanın kəhanəti:    48 min illik virus yenidən oyanır
  28 Noyabr 2022    Oxunub:1998
XVI əsrin Nastradamusu hesab edilən kor kahin Vanqanın yeni virusla bağlı dedikləri gündəm olub.
AzVision.az xarici mətbuata istinadla xəbər verir ki, Sibirdə yeni virusun aşkarlanması Vanqanın dedikləri ilə üst- üstə düşür. Belə ki, Vanqa Sibirdə 2022-ci ildə ölümcül virusun kəşf ediləcəyini öncədən xəbər vermişdi.

Alimlərin araşdırmalarına əsasən, Sibirdə 10 min il bundan əvvələ aid bir virus yenidən meydana çıxıb. Virusun 48500 il donmuş halda torpaq altında qaldığı və buzlaqlar əridikcə yenidən oyandığı müəyyən edilib. Ekspertlər bu virusun dünyada yenidən pandemiyaya səbəb olacağını qeyd edirlər. Bu da sosial media istifadəçiləri tərəfindən “Vanqanın 2022-ci il kəhanəti gerçək oldu” fikirlərinə səbəb olub.

Sima Cəfərova
AzVision.az



Teqlər:





Xəbər lenti