Qrip və ya soyuqdəymə zamanı diqqət edilməli 6 qida - SİYAHI

   Qrip və ya soyuqdəymə zamanı diqqət edilməli 6 qida -    SİYAHI
  21 Noyabr 2022    Oxunub:1857
Payız mövsümünün gəlişi, havaların soyuması ilə insanlar arasında soyuqdəymə və qripə tez-tez rast gəlinir. Çoxları bundan müəyyən qidalarla, otlarla özlərini sağlatmağa çalışır. Amma bu qidaları qəbul eədrkən onların mənfi təsirlərini də unutmamalıyıq.
Mütəxəssislər qeyd edib ki, yuxarı tənəffüs orqanları infeksiyalarında və allergiyalarda üzə çıxan şikayətlərin səbəbi orqanizmin təbii istehsal etdiyi kimyəvi maddə olan histamindir. Histamin orqanizmdə artdığı zaman sağalma prosesi çətinləşir. Bəs bu dövrdə hansı qidalardan imtina etməliyik?

Mayalı qidalar(fermentləşdirilmiş red.)

Mayalı qidalar histamin maddəsiylə zəngindir. Tədqiqatçılar xüsusilə sirkə və duz tərkibli turşuların boğaz ağrısı və iltihabı şiddətləndirdiyini söyləyir. Qatıq və ayran da bu qidalar arasındadır. Xüsusilə kələm turşusunun tərkibində bu maddə daha çoxdur. Buna görə də bu qidaları çox istifadə etmək yararlı deyil.

Pendir

Pendir də histamin maddəsiylə zəngindir. Xüsusilə qrip və soyuqdəymə zamanı köhnə pendirdən istifadə tövsiyyə edilmir. Həmçinin xəstəlik zamanı inək südündən də uzaq durmaq lazımdır.

Balıq

Qış süfrələrinin məşhur qidalarından olan balıq histamin baxımından risklidir. Xüsusilə palamut və hamsi balığı təzə halda yeyilmədikdə histamin riskini artırır. Bakteriya və histamin səviyyəsini aşağı salmaq məqsədiylə balığın düzgün şəkildə soyudulmasına əməl edilməlidir. Təzə şəkildə istifadə edilən balıq zəhərlənmənin qarşısını alır.

İspanaq, pomidor, badımcan

Bir çox təzə meyvə və tərəvəzlərdə histaminin səviyyəsi aşağıdır. Lakin ispanaq, pomidor, badımcan kimi tərəvəzlər yüksək histamin tərkibinə görə fərqli dəyərləndirilir. Yuxarı tənəffüs orqanları infeksiyalarından əziyyət çəkdiyiniz dövrlərdə bu tərəvəzləri diqqətli istifadə etmək tövsiyyə olunur.

Rafinə şəkər

Rafinə şəkər gündəlik qidalanma zamanı faydalı olmasa da, xəstəlik dövründə qırmızı qan yaradaraq xəstəlik mikrobları ilə mübarizəni artırır.

Çay

Tənəffüs yollarını rahatlamaq, simptomları azaltmaq məqsədilə istifadə etdiyimiz çay bəzən xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Həmçinin qeyd etmək lazımdır ki, soyuqdəymə zamanı qara çay və mate çayı istehlakına diqqət etmək vacibdir. Bu çaylar soyuqdəymə zamanı fəsadlara səbəb olur. Onların yerinə cökə, adaçayı kimi xəstəliyi yüngülləşdirən çayların istifadə məsləhət görülür. Yaşıl çay da histamin maddəsinin qarşısını alır.

Sima Cəfərova
AzVision.az


Teqlər:





Xəbər lenti