AYB-də qurultay davası böyüyür

AYB-də qurultay davası böyüyür
  10 May 2014    Oxunub:1407
Azərbaycan Yazıçılar Birliyində qurultay yaxınlaşdıqca etiraz və narazılıqlar daha da artmağa başlayıb. AYB-nin Sumqayıt və Lənkəran bölmələrində baş verən etiraz Mingəçevir bölməsinə də sirayət edib.

Bu barədə AzVision.aza danışan AYB üzvü, şair Elşən Əzim qurultay nümayəndələrinin seçilməsində saxtakarlığa yol verildiyini bildirib:

“Bir neçə gün əvvəl AYB-nin Mingəçevir filialında yığıncaq keçirilib, qurultaya nümayəndə seçilib. Mingəçevirdə və tədbirə yalnız 4 AYB üzvü dəvət alıb. Digər 5 üzvə bu barədə heç bir məlumat verilməyib. Nümayəndə püşk atma yolu ilə seçilib. Püşkə iştirak edən (filial sədrindən başqa)4 üzvün adları yazılıb. Nəsib Bayramoğlu nümayəndə seçilib. Nəsib müəllimin nümayəndə seçilməsinə etirazım yoxdur. Sadəcə bu seçim düzgün olmayıb AYB üzvlərinin hər biri iştirak etməliydi. Sonra sənədləşmədə isə AYB bölgədəki AYB üzvlərinin hər birinin iştirak etdiyi qeyd edilib. Ümumiyyətlə AYB Mingəçevir filialının sədri İsmayıl İmanzadə ciddi yazarlarla deyil həvəskarlarla işləməyi xoşlayır.
15 ildir şahidəm ki, AYB-yə etmədikləri işlər haqda nə qədər yalançı hesabatlar, saxta məlumatlar göndərilib. Ona görə də İsmayıl müəllimin bu dəfəki əməli məni qətiyyən təəccübləndirmir.”

AzVision.az



Teqlər:  





Xəbər lenti