Kamera önündən kamera içinə: Qatil məşhurlar - SİYAHI

Kamera önündən kamera içinə:  Qatil məşhurlar -  SİYAHI
  14 Noyabr 2022    Oxunub:2845
Meyxanaçı Rəşad Dağlının 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirməsi neçə gündürdür ki, mətbuatın və ictimaiyyətin gündəmindədir. Hər kəs diqqətlə məsələ ilə bağlı prosesləri izləyir.
Təəssüf ki, bütün dünyada sənətçilər, yazıçılar və digər tanınmış şəxslər bəzən təkcə uğurları ilə deyil, həm də xoş olmayan əməlləri ilə yaddaşlarda qalırlar. AzVision.az insan ölümünə səbəb olan tanınmışların siyahısını hazırlayıb.

Rusiyalı aktyor Mixail Yefremov 57 yaşlı kuryer Sergey Zaxarovanı öldürməkdə günahlandırılır. Aktyor sükan arxasına içkili əyləşib və idarəetməni itirərək, kuryerin maşınına çırpılıb. Sergey çoxsaylı sınıqlar və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. O, 2020-ci il iyunun 9-da səhər saatlarında ölüb.


"Pole çudes" verlişinin əvəzolunmaz aparıcısı Leonid Yakuboviç maşın sürməkdə uzun illər təcrübəsinin olmasına baxmayaraq, 2001-ci ildə 30 yaşlı Qırğızıstan sakini Sergey Nikitenkonu “Hyundai Accent” markalı avtomobillə vurub. Gənc bir neçə gün sonra xəstəxanada dünyasını dəyişib. İstintaq müəyyən edib ki, qəzanın səbəbkarı sürücü yox, qırmızı siqnalla özünü təkərlərin altına atan sərxoş piyadadır. Hüquq-mühafizə orqanları hadisədən bir neçə həftə sonra işi bağlayıblar.


Alman opera müğənnisi Valtraud Mayer pul hərisliyinə görə 55 yaşında özündən 20 yaş böyük ərini öldürüb. Qətlə səbəb isə onun ərinin 5,5 milyon avrosuna sahiblənmək hissi olub.


Don King bəlkə də dünyanın ən məşhur boks matçlarının təşkilatçısıdır. Bununla belə, Amerika boksunun “xaç atası” həm də təcrübəli qatildir. İlk dəfə o cinayət yerindən qaçmaq istəyən qulduru güllələyib. İkinci qətli isə bu hadisədən 12 il sonra baş verib. O, 600 dollar borcu olan idmançı Sem Qarrattı öz əlləri ilə boğub. O zaman boks dünyasının ulduzu milyonlara sahib idi və nəyin bahasına olursa olsun cəzadan yayınmağa hazırlaşırdı. Don King şahidləri qorxutdur, onlara rüşvət verir və pulla hakimi ələ alır. Nəticədə üç il həbs cəzası almala canını qurtarır.



Siyahıya rus pop ulduzu Filip Kirkorovu da daxil etmək olar. O, etiraf edib ki, 2003-cü ildə ABŞ-da konserti zamanı təsadüfən 70 yaşlı mühafizəçini itələyib və kişi yıxılaraq ölüb.


Aktyor Metyu Broderik bədbəxt hadisə nəticəsində qatil olub. 1987-ci ildə o, İrlandiyada səyahət edərkən başqa avtomobillə toqquşub, nəticədə qəzanın ikinci iştirakçısının iki sərnişini həlak olub. Metyu bəraət alsa da, bu hadisə onun şəxsi həyatına ciddi təsir edib. Faciədən sonra o, sevgilisi, aktrisa Cennifer Qreydən ayrılıb və sonra bir neçə il ərzində dərin əsəb sarsıntısından sağalmaqda çətinlik çəkib.



"Qalxan" və "Mentalist" fillərinə rol alan qaradərili aktyor Mayk Ceys arvadını kürəyindən, sonra isə ayaqlarından vurub. Cinayətə onların iki oğlu şahid olub. Məhkəmə Mayklı məişət zorakılığına və daha sonra həyat yoldaşının ölümünə görə 40 il həbs cəzasına məhkum edib.


Amerikalı aktyor Maykl Massi 31 mart 1993-cü ildə "Qarğa" filminin çəkilişlərində səhvən aktyor Brandon Lini güllə ilə vuraraq öldürüb. Massey özü etiraf edib ki, həyatı boyu həmin günlə bağlı kabuslar görürmüş. O, daha bir neçə filmdə rol alıb və 2016-cı ildə xərçəng xəstəliyindən vəfat edib.


Bəziləri üçün həbs həm də yeni həyata açılan qapıdır. 17 yaşında Charles S. Datton adlı qaradərili bir yeniyetmə dava zamanı bir adamı öldürür və buna görə yeddi il həbs cəzası alır. Orada Datton pyesləri oxuyur və həbsdən çıxandan sonra yaxşı aktyor olduğunu sübut edir. Beləliklə, dünya ulduzuna çevrilən sənətçi olur. Datton böyük məmnuniyyətlə "Düzgün arvad", "Doktor Haus" və "Sopranolar" seriallarında iştirak edib.


1963-cü ilin noyabrında ABŞ-ın keçmiş prezidenti Corc Buşun həyat yoldaşı Lora Buş avtomobil qəzası keçirir. Bu, qəzada o sinif yoldaşı və dostu Maykl Batton Duqlasın ölümünə səbəb olur.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti