Tolmaçova bacıları: `Dilarə Kazımovanı bəyənirik`

Tolmaçova bacıları: `Dilarə Kazımovanı bəyənirik`
  09 May 2014    Oxunub:1087
`Finala vəsiqə qazandığımız üçün çox şadıq. Eurovision -2014 mahnı müsabiqəsi kimi mötəbər yarışmada təmsil olunmaq inanılmaz hisslərdir`. Bu sözləri Rusiyanın “Eurovision-2014” mahnı müsabiqəsində təmsilçiləri Anastasiya və Mariya Tolmaçova bacıları deyiblər.
“Eurovision” mahnı müsabiqəsində qalibiyyətin deyil, iştirakın əsas olduğunu bildirən Tolmaçova bacıları yarışmada ifa edəcəkləri mahnı barədə məlumat verərək ifalarının sevginin insanların qəlbinə parlaqlıq gətirəcəyindən bəhs etdiyini diqqətə çatdırıblar.

- Tamaşaçının səhnədə sərgilənən performansa dəyər verməsi müğənni üçün ən böyük uğurdur. Çox xoşbəxtik ki, finaldayıq. Bizim məqsədimiz burada olmaq idi. Biz hər bir ifamızda ona nail olmağa çalışırıq ki, auditoriyamızın sevgisini itirməyək. Bu, hər bir müğənni üçün çox vacibdir. Bizə səs verən, dəstək olan hər kəsə təşəkkür edirik. Bizim əvəzimizə həyəcan keçirən hər kəsə minnətdarıq,- deyən Tolmaçova bacıları “Eurovision-2014” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Dilarə Kazımovanın həm ifasını, həm də mahnısını çox bəyəndiklərini vurğulayıblar.



Teqlər:





Xəbər lenti