Sultan Süleymanın ürəyi tapıldı

Sultan Süleymanın ürəyi tapıldı
  09 May 2014    Oxunub:1391
Sultan Süleyman Qanuninin orqanlarının saxlanıldığı yer tapılıb.
AzVision.az xəbər verir ki, Qazi Universitetinin alimlərinin apardığı araşdırmalardan sonra məşhur Osmanlı sultanının ürəyinin saxlanıldığı yer məlum olub.

Bildirilənlərə görə sultanın ürəyi Macarıstanın Zigetver şəhərindəki “Qanuni” məscidindədir.

Araşdırmaçılar bu məlumatın hələ yeni olduğunu, yaxın vaxtlarda daha geniş məlumat veriləcəyini qeyd ediblər.

Həmçinin aparılan araşdırmalardan sonra məlum olub ki, Sultan Süleyman Qanuninin tək ürəyi deyil, digər orqanları da həmin məscidin həyətində dəfn edilib.

Emin Piri



Teqlər:  





Xəbər lenti