“Twitter”də baxılacaq video pul qazandıra bilər

   “Twitter”də baxılacaq video pul qazandıra bilər
  03 Noyabr 2022    Oxunub:1241
İlon Mask “Twitter” monetizasiyası üçün yol axtarmağa davam edir.
“Twitter” yeni funksiya işə salmağa hazırlaşır. Belə ki, istifadəçilər artıq yerləşdirdikləri videoya baxmağa görə ödəniş istəyə biləcəklər. “Paywalled Video” adlanan funksiyada istifadəçilər baxış üçün 1, 2, 5 və 10 dollar məbləğ təyin edə biləcəklər. Müəllifin “Stripe” elektron ödəniş sistemi vasitəsilə pul alacağı, məbləğin bir hissəsinin “Twitter”ə keçəcəyi bildirilir. Xidmətin komissiya haqqının nə qədər olacağı hələ bəlli deyil.

Mənbənin məlumatına görə, “Twitter” əməkdaşları potensial müəllif hüquqları problemlərindən narahatdırlar. Bundan başqa hansı videoların pulla yayımlana biləcəyi və onların necə moderasiya olunacağını heç kim dəqiq bilmir.

Ola bilər ki, “Paywalled Video” 2016-cı ildə bağlanan “Twitter Vine”nın bir hissəsi olacaq.

Xatırladaq ki, milyarder bu funksiyanın yenidən bərpası ilə bağlı sorğu keçirib. Bundan başqa sahibkar “Twitter” hesabının verifikasiyası prosesinin tam şəkildə yenidən qurulduğunu elan edib, təsdiqlənmiş səhifələrin sahibləri üçün rüsumu 4,99 dollardan 19,99 dollara artırmağa hazırlaşdığını bildirib. Bu bir çox istifadəçilərin narazılığına səbəb olub. Məşhur yazıçı Stiven Kinqin etirazından sonra isə Mask sövdələşmə təklif edərək 8 dollara razılşamağı təklif edib.

AzVision.az



Teqlər:





Xəbər lenti