Təhlükəli asteroid bu axşam Yerə yaxınlaşacaq

   Təhlükəli asteroid bu axşam Yerə yaxınlaşacaq
  31 Oktyabr 2022    Oxunub:1128
Noyabrın 1-nə keçən gecə Yerdən minimum məsafədən hündürlüyü 828 metrə çatan ən hündür göydələn “Burj Xəlifə” ölçüsündə potensial təhlükəli 2022 RM4 asteroidi keçəcək.
ABŞ-ın NASA kosmik agentliyinin məlumatına görə, kosmik cismin diametri təqribən 330-740 metr, sürəti isə 84,5 min km/saata çatacaq. Yerdən o, 2,3 milyon km məsafədən keçəcək - bu, Aydan Yerə olan məsafədən altı dəfə çoxdur. Belə bir məsafə kosmik cismi potensial təhlükəli edir.

NASA dörd teleskopdan ibarət “Asteroid Terrestrial-impact Last Alert System” (ATLAS) sistemlə təxminən 28.000 asteroidin mövqelərini və orbitlərini izləyir. Onlar 2017-ci ildən bütün ulduzlu səmanı skan edirlər. Bu müddət ərzində NASA Yerə yaxın olan 700-dən çox asteroid və 66 komet müəyyən edib.

AzVision.az


Teqlər:





Xəbər lenti