ABŞ-da atlar üçün ilk ayaqqabılar yaradıldı

   ABŞ-da atlar üçün ilk ayaqqabılar yaradıldı
  25 Oktyabr 2022    Oxunub:1549
Amerikalı dizayner ilk at ayaqqabısı markasını təqdim edib.
Bu barədə “NY Post” məlumat yayıb. “The Shoe Surgeon” akademiyasının məzunu, dizayner Markus Floyd atlar üçün idman ayaqqabılarının yaradılması üzrə ixtisaslaşacaq şəxsi “Horse Kicks” brendinin istifadəyə verildiyini elan edib.

Floyd debüt kolleksiyası üçün “Air Jordan 1”, “New Balance 650” və “Yeezy BOOST 350 V2” kimi məşhur idman ayaqqabılarını yeniləyib. Bu modellərin tanınan detalları saxlanılıb, lakin ayaqqabıların forması atın dırnaqlarına uyğunlaşdırılıb.

Yeni “nallar” ilk dəfə 4 və 5 noyabrda Kentukkidə keçirilən “Breeders' Cup Thoroughbred” yarışında sınaqdan keçiriləcək. Ayaqqabıların qiyməti 1200 dollar olacaq.


AzVision.az



Teqlər:





Xəbər lenti