Yazarlar AYB-ni boykot etdi

Yazarlar AYB-ni boykot etdi
  07 May 2014    Oxunub:1566
Azərbaycan Yazıçılar Birliyində qurultay yaxınlaşdıqca etirazlar da artır. Qurumun cənub bölgəsində qurultay nümayəndələrinin seçilməsi birlik üzvləri tərəfindən böyük narazılıqla qarşılanıb. AYB üzvü, şair Bilal Alarlının AzVision.aza verdiyi məlumata görə, birlik üzvləri AYB-ni boykot ediblər.
Buna səbəb nümayəndələrin seçimlə yox, üzvlərin adından birliyin regional sədri İltifat Saleh tərəfindən təyin edilməsidir:

“ Qurultaya nümayəndələr Birlik üzvləri tərəfindən seçilmədi, bölmə sədri İltifat Saleh tərəfindən təyin olundu. Bölgənin Lerik rayonundan nümayəndə "təyin etmək" isə "ağsaqqal" tərəfindən sadəcə yaddan çıxdı. Ən rüsvayçı hal isə budur ki, yığıncaqda bölgədə yaşayan yüzə yaxın AYB üzvündən cəmi 15 nəfər iştirak edirdi, onlar da ədalətsiz seçimə etiraz olaraq yığıncağı vaxtından qabaq tərk etdilər.”

Xatırladaq ki, bir neçə gün öncə Sumqayıt bölməsində də qurultay nümayəndələrinin seçimlə yox, təyinatla öncədən müəyyənləşdirilməsi etiraz və davayla müşayət olunub.

AzVision.az



Teqlər:  





Xəbər lenti