Məhbuslara seminar keçirilib

Məhbuslara seminar keçirilib
  07 May 2014    Oxunub:1081
“Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr Departamentind’n AzVision.az-a verilən məlumata görə,“Gənclərinin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin bir sıra cəzaçəkmə müəssisələrində məhbuslar üçün maarifləndirilmə seminarları keçirib.

“Gənclərinin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyi Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə əməkdaşlıq çərçivəsində penitensiar xidmətinin beş cəzaçəkmə müəssisələrində 1000-dən çox məhbusun iştirakı ilə zərərin azaldıması, məhbusların azadlığa çıxdıqdan sonra sosial adaptasiyası və digər məsələləri əhatə edən maarifləndirici görüşlər təşkil edib.

Bu tədbirlər “Gənclərinin Sosial Problemlərinin Həllinə Kömək” İB ilə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi arasında 30 avqust 2013-cu il imzalanmış müqavilə əsasında “Məhkumlar üçün İİV profilaktikası və sağlamlığın təbliğatı üzrə təlim məlumat sessiyalarının” və “Cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan şəxslərlə, xüsusilə də İİVYİ-in ART müalicəsinə bağlılığın təmin edilməsi və İİV QİÇS-lə xəstə insanlara və riskli qrupların nümayəndələrinə azad olunandan sonra psixoloji və sosial yardımın göstərilməsi” layihəsi çərçivəsində həyata keçirilir.

Layihənin başlandığı dövrdən indiyə kimi bir sıra digər fəaliyyətlərdə icra edilib. Belə ki, ötən müddət ərzində layihənin heyəti cəzaçəkmə müəssisələrindən azadlığa çıxan 60-dan çox keçmiş məhbusa müraciətləri əsasında sosial ve hüquqi yardımlar göstərib. Bundan əlavə, layihə çərçivəsində həm cəzaçəkmə müəssisələrində həmdə azadlığa çixan keçmiş məhbuslar arasında 1000-dən artıq maarifləndirici bukletlər paylanılıb.

Qlobal Fondun maliyyə dəstəyi ilə icra edilən bu layihə 2014-cü ilin sonuna qədər davam edəckr.

AzVision.az






Teqlər:





Xəbər lenti