Tələbə kreditləri bağışlana bilər

   Tələbə kreditləri bağışlana bilər
  19 Oktyabr 2022    Oxunub:1138
"Tələbə kreditləri sosial kreditlərdir. Tələbələr isə bu krediti götürməyə çəkinirlər".
AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev Milli Məclisin Elm və Təhsil komitəsinin iclasında “Təhsil haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Y.Piriyev kreditlərə görə faiz tutulmadığını xatırladıb:

"Başa düşmürlər ki, bu sosial kreditlərdir. Buna görə faiz tutulmur. Hətta bəlkə dövlət başçısı bunu nə vaxtsa bağışlayacaq, bu ödənişi tələb etməyəcək”.

AzVision.az


Teqlər:





Xəbər lenti