Dövlət büdcəsinin qalığı 12 dəfə artıb

   Dövlət büdcəsinin qalığı 12 dəfə artıb
  17 Oktyabr 2022    Oxunub:956
Bu ilin yanvar-sentybar aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 22 milyard 401,5 milyon manat, xərcləri isə 20 milyard 470,7 milyon manat təşkil edib.
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 25,3% və 15,6 % çoxdur. Son nəticədə büdcədə 1 milyard 930,8 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 12,1 dəfə çoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti