"Bakının Qaradağ rayonunda qızlar erkən nikaha daha çox cəlb edilir" - Mehriban Vəliyeva

   "Bakının Qaradağ rayonunda qızlar erkən nikaha daha çox cəlb edilir" -    Mehriban Vəliyeva
  14 Oktyabr 2022    Oxunub:1579
"Bu gün məktəbyaşlı qızların erkən nikaha cəlb edilməsi narahatlıq doğuran məsələlərdəndir. Ötən ilin statistikası onu deməyə əsas verir ki, Qaradağ rayonunda erkən nikah halları daha çox müşahidə olunub".
AzVision.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

M.Əliyeva həmçinin ötən tədris ilində 27 şagirdi məktəbdən kənarda avtomobilin vurduğunu da söyləyib: "Bu da o deməkdir ki, məktəblərin yaxınlığında yol şəraiti ilə bağlı aidiyyəti qurumlarla danışıqlar aparılır".

AzVision.az


Teqlər:





Xəbər lenti