İlham Əliyev: "Azərbaycandan keçən tranzitin həcmi 65 faiz artıb"

      İlham Əliyev:    "Azərbaycandan keçən tranzitin həcmi 65 faiz artıb"
  13 Oktyabr 2022    Oxunub:1050
Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib.
AzVision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasındakı çıxışında Azərbaycanın logistika imkanlarından danışarkən söyləyib.

2022-ci ilin ilk doqquz ayında Azərbaycan ərazisindən keçən tranzitin həcminin təxminən 65 faiz artdığını qeyd edən dövlətimizin başçısı deyib: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir”.

AzVision.az



Teqlər:





Xəbər lenti