İsveçrə Rusiyanın 30 fiziki şəxsini “qara siyahı”ya saldı

İsveçrə Rusiyanın 30 fiziki şəxsini “qara siyahı”ya saldı
  12 Oktyabr 2022    Oxunub:1152
İsveçrə Ukraynanın “DXR”, “LXR”, Xerson və Zaporojye vilayətlərinin onun tərkibinə daxil olması ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Bu barədə ölkənin Federal Şurasının bəyanatında deyilir. Qeyd olunub ki, 30 nəfər maliyyə sanksiyasına, səyahət qadağasına və 7 hüquqi şəxs isə maliyyə məhdudiyyətinə məruz qalıb. Məlumata görə, İsveçrənin sanksiya siyahısı hazırda Avropa İttifaqının analoji siyahısı ilə eynidir.

AzVision.az


Teqlər:





Xəbər lenti