Lukaşenko Putinə ad günündə traktor hədiyyə etdi

   Lukaşenko Putinə ad günündə traktor hədiyyə etdi
  07 Oktyabr 2022    Oxunub:787
Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə 70 illik yubileyi münasibətilə “BELARUS” traktoru hədiyyə edəcək.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Rusiya mediası yayıb.

Bununla yanaşı, “Pul Pervoqo” teleqram kanalında sözügedən traktorun sertifikatının fotosu da paylaşılıb.

Sertifikatda isə yazılıb: “Vladimir Vladimiroviç Putinə. Yubileyi münasibətilə. Belarus Respublikasının Prezidenti A.Q.Lukaşenko”.

Xatırladaq ki, bu gün Vladimir Putinin 70 yaşı tamam olur.



AzVision.az


Teqlər:





Xəbər lenti