Universitetdən rektorun səs yazısı ilə bağlı - Açıqlama

   Universitetdən rektorun səs yazısı ilə bağlı -    Açıqlama
  07 Oktyabr 2022    Oxunub:1123
Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektor əvəzi Yaşar Ömərovun səs yazısı yayılıb.
Səs yazısında rektor əvəzi işçilərdən ərizə yazmasını tələb edir. Məsələ ilə bağlı Universitetdən bildirilib ki, universitetdə son dövrdə heç bir əməkdaş işdən azad olunmayıb:

“Universitetimizdə hər bir müəssisədə olduğu kimi müqavilə müddəti bitdiyinə görə, yaxud öz ərizəsi ilə işdən ayrılanlar olub. Universitetimiz yeni tədris ilində bir sıra uğurlar əldə edilib - yeni beynəlxalq proqramda iştirak hüququ qazanıb, həyətyanı ərazisində nəzərəçarpacaq abadlıq və quruculuq işləri aparılıb, əməkdaşların maaşları artırılıb. Hazırda universitetdə tədrisin keyfiyyəti artırılıb və tam şəffaf mühit təmin olunub.

Universitetdə həyata keçirilən islahatlar tələbə və əməkdaşlar tərəfindən müsbət qarşılanır.

Sadəcə bəzi maraqlı dairələr universitetdə gedən islahatları qəbul etmirlər, işdən öz ərizəsi ilə çıxmış sabiq əməkdaşlardan bu və digər şəkildə sui istifadə edərək Azərbaycan Texnologiya Universitetinin imicinə zərər gətirməyə çalışırlar”.

AzVision.az



Teqlər:





Xəbər lenti