Şagirdin döyüldüyü məktəbə yeni direktor əvəzi təyinatı

   Şagirdin döyüldüyü məktəbə yeni direktor əvəzi təyinatı
  07 Oktyabr 2022    Oxunub:1643
Bakıda şagirdin döyüldüyü məktəbin direktoru vəzifəsinin icrası başqa şəxsə tapşırılıb.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiirlib.

"Bakı şəhəri 112 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva həmin məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarını müvəqqəti icra edirdi. Məktəbin şagirdləri arasında baş vermiş insident ilə bağlı aparılan araşdırma çərçivəsində məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası digər şəxsə həvalə edilib. Lətifə Mustafayeva həmin məktəbdə direktor müavini vəzifəsini yerinə yetirir", - İdarədən qeyd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti