Sultan Süleymanın əyan-əşrəfi əslində belə geyinib - FOTOLAR

Sultan Süleymanın əyan-əşrəfi əslində belə geyinib - FOTOLAR
  06 May 2014    Oxunub:1929
Bakıda təşkil olunan Osmanlı geyimləri dəfiləsi böyük marağa səbəb olub.

Yunus Əmrə İnstitutu, Bakı Türk Mədəniyyət Mərkəzi və Türkiyə Səfirliyi tərəfindən təşkil olunmuş dəfilədə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun başda olmaqla millət vəkilləri, siyasətçilər, moda və sənət dünyasının nümayəndələri iştirak edib.

“Azərbaycandan ən dəyərli millət vəkilləri, görkəmli incəsənət nümayəndələri və digər dəyərli dostlarımızın iştirakı ilə çox xoş bir dəfilə izlədik” deyə, türkiyəli səfir məmnunluğunu ifadə edib.

Osmanlı geyimlərinin hər bir detalının , hər bir rənginin bir məna daşıdığını və saray mədəniyyətinin günümüzə qədər gəlib çatan nümunələrini gözlər önünə sərən dəfilə izləyicilər tərəfindən yüksək qiymətləndirilib.

AzVision.az həmin dəfilədən fotoları təqdim edir.

Səbinə Həsənova

Qalereya




Teqlər:  





Xəbər lenti