Nazir 150 mindən çox müəllimə SMS göndərdi

   Nazir 150 mindən çox müəllimə SMS göndərdi
  05 Oktyabr 2022    Oxunub:1098
Elm və təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Cəsarət Valehov bildirib.

O qeyd edib ki, nazirin adından 150 mindən çox müəllimin əlaqə nömrəsinə təbrik mesajı göndərilib.

Təbrik mesajında müəllimlərə təşəkkür olunub: “Dəyərli Azərbaycan müəllimi! Övladlarımızın işıqlı gələcəyi naminə fədakar əməyinizə görə Sizə təşəkkür edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram. Beynəlxalq Müəllimlər Gününüz mübarək!”

AzVision.az


Teqlər:





Xəbər lenti