Gəncədə bələdiyyələrin siyahısına dəyişiklik edildi

Gəncədə bələdiyyələrin siyahısına dəyişiklik edildi
  30 Sentyabr 2022    Oxunub:406
Gəncə şəhərinin inzibati ərazisinə daxil edilən Nizami və Kəpəz rayonlarının ləğvi ilə əlaqədar həmin rayonların bələdiyyələrinin siyahısına dəyişiklik edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Gəncə şəhəri Kəpəz bələdiyyəsinə Cavadxan, Məhsəti, Natəvan, Sadıllı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi, Nizami bələdiyyəsinə isə Gəncə şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil edilir.

Layihə səsə qoyularaq, qəbul edilib.

AzVision.az

Teqlər:







Xəbər lenti