Qədim dənizlərdə yaşayan qeyri-adi dinozavr tapılıb – FOTOLAR
Qədim canlının sifəti timsahı, boyun hissəsi isə ilanı xatırladır. Onun 2 cüt yan, bir quyruq üzgəci olub. Müasir növlərin qarışığını xatırlatdığı üçün yeni tapılan canlını “Serpentissuchops pfisterae” adı verilən ayrıca növə aid ediblər. Mənası “ilan-timsah başlı varlıq” deməkdir.
Dəniz dinozavrının uzunluğu 7 metrə çatıb. Konus formalı uzun dişləri olub. Suda boynunun ilan kimi qıvrılması sayəsində hərəkət edirmiş.
Tapılan sümük nümunələri mezozoy dövrünə aiddir. Onlar kifayət qədər yaxşı qalıblar.
Samir Quliyev
AzVision.az
Teqlər: Dinozavr Paleontoloiya