De Byazi: "Medianın yazdığının 95 faizi yalandır”
O, sentyabrın 30-dan sonra bütün təklifləri nəzərdən keçirəcəyini bildirib: “Mənim Azərbaycan millisi ilə sentyabrın 30-dək müqaviləm var və bundan sonra qarşımda olacaq bütün təklifləri nəzərdən keçirəcəyəm. Şayiələrə fikir verməyin, külək kimidir. Medianın yazdığının 95 faizi yalandır”.
Qeyd edək ki, 2020-ci ilin iyulundan Azərbaycan millisini çalışdıran Canni De Byazinin müqviləsi sentyabrın 30-da başa çatır.
AzVision.az
Teqlər: