Ceyhun Bayramov Mövlüd Çavuşoğlu ilə telefonla danışıb

   Ceyhun Bayramov Mövlüd Çavuşoğlu ilə telefonla danışıb
  28 Sentyabr 2022    Oxunub:470
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu arasında telefon danışığı baş tutub.
XİN-dən AzVision.az -a verilən xəbərə görə, nazirlər, bölgədə mövcud olan son vəziyyət üzrə fikir mübadiləsi aparıblar. Post-münaqişə mərhələsində bölgədə Azərbaycan tərəfindən görülən işlər, o cümlədən geniş bərpa və quruculuq işlərinin bölgənin sülh şəraitində inkişafına xidmət etdiyi vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti