"Kəndlərdəki həkim tibb məntəqələri yenidən qurulur" - TƏBİB

 "Kəndlərdəki həkim tibb məntəqələri yenidən qurulur" -  TƏBİB
  28 Sentyabr 2022    Oxunub:552
"Ölkə üzrə vahid səhiyyə modelinin formalaşdırılması, əhali məmnunluğunun və tibbi xidmətlərin təşkili səviyyəsinin yüksəldilməsi məqsədilə problemlərin həlli üçün rayonlar üzrə tibb müəssisələrinin strukturunun təkmilləşdirilməsi üçün layihə həyata keçirilir".
Bunu AzVision.az -a açıqlamasında TƏBİB-in şöbə müdiri Zamirə Ədilova deyib. O qeyd edib ki, hazırda əksər rayonlarda bu yeni model tətbiq edilib:

"Tibb heyətinin yeni struktura uyğun səmərəli yerləşdirilməsi, gənc kadrların cəlb edlməsi üçün davamlı tədbirlər görülür.

Qənaətbəxş vəziyyətdə olmayan tibb məntəqələri ilə bağlı davamlı işlərin görülməsi, çatışmazlıqların mərhələli şəkildə aradan qaldırılması nəzərdə tutulur.

Tibbi xidmətlərin əlçatanlığını və keyfiyyətini yüksək səviyyədə təmin edə bilmək üçün müəssisələrin tibbi personalla təmin olunmasına da xüsusi diqqət yetirilir.

Əvvəllər bu məntəqələrin cəmi 2-3-ündə həkim var idi. Amma son aylar görülən işlər sayəsində 2-3 məntəqədə qismən də olsa həkim çatışmazlığı mövcuddur. Elə ucqar məntəqələr var ki, orada belə həkimlər fəaliyyət göstərir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti