“Ermənistanın KTMT-dən çıxması axmaqlıq olardı” - Koçaryan

   “Ermənistanın KTMT-dən çıxması axmaqlıq olardı” -    Koçaryan
  28 Sentyabr 2022    Oxunub:374
"Ölkənin KTMT-dən çıxması Ermənistan hökumətinin daha ​​bir axmaqlığı olardı. Təşkilat çərçivəsində silah-sursat alqı-satqısı nöqteyi-nəzərindən mühüm müqavilələr bağlanıb". Bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan mətbuat konfransında deyib.
“Bu təhlükəsizlik sisteminə yeni komponentlər əlavə etmək lazımdır. Bunu Rusiya tərəfinə izah edə və ya İranın iştirakı ilə üçtərəfli format formalaşdıra bilərsiniz. Çünki bütün tərəflərin maraqları üst-üstə düşür”, - deyə Koçaryan bildirib.

Onun fikrincə, Ermənistan sərhəd təhlükəsizliyini gücləndirmək üçün iki il ərzində İran amilindən yararlanmalı idi.

"Üstəlik, Tehran Süniki (Zəngəzur) indiki halda saxlamaqda maraqlı olan ölkədir".

Koçaryan hesab edir ki, bu müddət ərzində Ermənistan ən azı Sünikdə(Zəngəzurda) İranla birgə təlimlərin iki mərhələsini keçirməli, həm də müqavilə bazası yaratmalı idi.

“Və bu, Azərbaycan üçün çəkindirici amil olardı. Çünki İranın milli maraqlarından söhbət gedəndə Tehranla “barmaq silkələmək”lə danışmaq olmaz”, - deyə hərbi cani Koçaryan bildirib.

Eks-prezident iddia edir ki, 2021-ci ilin mayında İran tərəfi müqavilə bazasının yaradılması ilə bağlı danışıqlar aparıb, lakin Ermənistan hökuməti onları dondurdu.

Türkiyənin qarşısının alınmasına gəlincə, Koçaryan əmindir ki, bu gün nə Rusiya, nə ABŞ, nə də Fransa bunu edə bilməz. Eks-prezident əmindir ki, bu ölkələrin liderlərinin milli maraqların qorunmasında ustad dərsi nümayiş etdirən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana heç bir təsiri yoxdur.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti