32 dərəcə isti olacaq

32 dərəcə isti olacaq
  05 May 2014    Oxunub:1135
Sabah Azərbaycanın bəzi rayonlarında havanın temperaturu 32 dərəcəyədək yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsasən axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Rayonlarda isə hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Aran rayonlarında havanın temperaturu gecə 11-16, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 18-23 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti