Rus ordusu niyə İran PUA-larına möhtac qaldı?

   Rus ordusu niyə  İran PUA-larına  möhtac qaldı?
  26 Sentyabr 2022    Oxunub:800
Ruslar bahalı qanadlı raketlərdən daha az istifadə etməyə və tez-tez İranın kamikadze dronları ilə Ukrayna ərazisinə hücum etməyə başlayıblar. AzVision.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat "Belsat" telekanalının efirində deyib.
O, qeyd edib ki, Rusiya Federasiyası payız-qış dövründə kritik infrastruktura hücumlar üçün raketlərini anbarlarda qoruyub saxlaya bilər.

Bunun əvəzində isə onlar daha ucuz olan İran kamikadze dronlarından fəal şəkildə istifadə etməyə başlayıblar.

- Şübhəsiz ki, Rusiya artıq özünün "Kalibr", "İskəndər", "X-101" kimi yüksək dəqiqlikli raketlərindən istifadə etməyi dayandırıb. Bu raketlərin döyüş başlığı təxminən 400 kq və daha çoxdur və milyonlarla dollara başa gəlir. "Kalibr" təxminən altı milyon, X-101 11 milyondan 13 milyona qədər dəyərləndirilir, - İqnat deyib.

İranın PUA-ları Ukraynada vəziyyəti dəyişə bilərmi? - ARAŞDIRMA
İqnat həmçinin onu da qeyd edib ki, rusların istifadə etdiyi “Şahed 136” İran pilotsuz təyyarəsi kifayət qədər primitivdir. Lakin onun istifadəsinin müəyyən nəticələri var.

- Döyüş başlığı 40 kq-dır. O, əslində artilleriya mərmisi kimidir. Uçuş məsafəsi isə ziddiyyətlidir. Çətin ki, 200 kiloqramlıq bu pilotsuz təyyarə 2500 km məsafə qət edə bilsin, - Ukrayna rəsmisi qeyd edib.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü onu da qeyd edib ki, bu pilotsuz təyyarələrdən istifadə ukraynalı müdafiəçilər üçün yeni çağırışdır. Lakin onlar məlum PUA-ları vurmağı öyrənirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Ukrayna   Rusiya   PUA  





Xəbər lenti