İşdən çıxarılan “avtoş”la bağlı rəsmi AÇIQLAMA

İşdən çıxarılan “avtoş”la bağlı rəsmi AÇIQLAMA
  05 May 2014    Oxunub:1541
“Azəryolservis” ASC adı avtoş qalmaqalında hallanan Zaur Bağırovun işdən çıxarılması ilə bağlı xəbərə aydınlıq gətirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev AzVision.az-a açıqlamasında Z.Bağırovu tanımadıqlarını deyib.

“Zaur Bağırov kimdir? Mənim bu məsələdən xəbərim yoxdur. Mən onu tanımıram. Siz belə bir işçinin olmasını kadrlar şöbəsindən soruşun”.

Qeyd edək ki, mətbuatda yayılan xəbərə görə, “Azəryolservis”in rəhbəri Cavid Qurbanov Zaur Bağırovu işdən çıxarıb. Zaur Bağırovun adı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovla bağlı qalmaqalda hallanırdı.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti