"Rusiya ilə oyunun əleyhinəyəm" - Dzeko

"Rusiya ilə oyunun əleyhinəyəm" -    Dzeko
  10 Sentyabr 2022    Oxunub:1021
Bosniya və Herseqovina millisinin kapitanı Edin Dzeko yığmasının Rusiya ilə yoldaşlıq oyununa qarşı çıxıb.
“Rusiya ilə oyunun əleyhinəyəm! Mən həmişə sülh tərəfdarı olmuşam. Futbol ittifaqı mənim fikrimi bilir. Təəssüf ki, Bosniya və Herseqovinanın kiminlə oynayacağı ilə bağlı qərarı mən qəbul etmirəm. Amma bu oyunda iştirak etməyəcəyimlə bağlı öz aydın mövqeyim var", - "Klix" nəşri "İnter"in hücumçusundan sitat gətirib.

Xatırladaq ki, Rusiya və Bosniya və Hersiqovena arasında Sankt-Peterburqda baş tutacaq oyun noyabrın 19-na təyin edilib. Ölkənin Futbol İttifaqı yoldaşlıq oyunun baş tutacağını təsdiqləyib. Bundan öncə isə Miralem Pyaniç hələlik qərar vermədiyini və bu haqda düşündüyünü demişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti